Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

09:20 - 16 / 12 / 2019
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dekabrın 17-də, saat 11.00-da mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirici tədbir keçiriləcək.

1news.az-ın verdiyi xəbərə görə, onlayn tədbirdə sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və KOBİA-nın nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulmaq üçün prosedurlar, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, eləcə də “Aqrar Tədarük və Təchizat" ASC-nin özünüməşğulluğu dəstəkləyən layihələri barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür.

Ətraflı məlumat üçün - http://smb.gov.az/news/ozunumsgulluqla-bagli-suallar-cavablandirilacaq

S.Xankişiyeva

Paylaş:
4143

Son xəbərlər

Bütün xəbərlər