Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib – FOTO

12:11 - 16 / 12 / 2019
Riyaziyyatın tədrisi metodikasına dair konfrans keçirilib – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 129 nömrəli tam orta məktəbdə “Ümumi təhsil məktəblərində riyaziyyatın tədrisi metodikası: problemlər, onların həlli yolları” mövzusunda konfrans keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, dərslik müəllifləri Nayma Qəhrəmanova, Məhəmməd Kərimov, məktəb direktorları, paytaxtın Nizami və Xətai rayonları üzrə ümumi təhsil müəssisələrinin ibtidai sinif və riyaziyyat  müəllimləri iştirak ediblər.       

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Quliyeva qonaqları salamlayaraq konfransın keçirilməsinin məqsədlərindən danışıb. Riyaziyyat fənn kurikulumunun tərtibi, dərsliklərin yazılması prosesi və təqdim olunmuş dərslik komplektlərinin tədrisində səmərəliliyin artırılmasının əsas hədəflərdən olduğunu deyən direktor riyaziyyatın öyrədilməsində yeni metod və texnologiyaların tətbiqi məsələlərini müzakirə etməyin vacibliyini vurğulayıb.

BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxışında məktəbin təşəbbüsü ilə riyaziyyatın tədrisi metodikasına həsr olunmuş konfransın təşkilini yüksək qiymətləndirib. Konfransın təhsildə keyfiyyətin artırılması baxımından əhəmiyyətini qeyd edən İdarə müdiri açıq müzakirələrin faydalı olduğunu bildirib, həmçinin Xətai və Nizami rayonları üzrə məktəblərin tədris göstəricilərini nəzərə çatdırıb.

Konfransda “Şagird bacarıqlarının formalaşdırılmasında dərsliklərin rolu” mövzusunda təqdimatla çıxış edən Nayma Qəhrəmanova dərsliklərin proqramlara uyğun tədrisinin əhəmiyyəti barədə fikirlərini bildirib. O, müəllimlərin metodiki cəhətdən ustalığının vacib olduğunu, şagirdlərə daha çox tapşırıq verməyin deyil, mövzunun mahiyyətini anlatmağın zəruriliyini diqqətə çatdırıb.

“Ehtiyat dərsliklərdə yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edən 193 nömrəli məktəbin riyaziyyat – informatika müəllimi Günay Hüseynzadə riyaziyyat fənninin şagirdlərdə məntiqi təfəkkürün formalaşmasında, mühakimə qabiliyyətlərinin yüksəldilməsində böyük rol oynadığını, həmçinin riyazi fəaliyyət zamanı şagirdin ümumiləşdirmə və konkretləşdirmə, nəticə çıxarmaq və nəticəni əvvəlcədən görmək qabiliyyətinin formalaşdığını bildirib.

Daha sonra çıxış edən BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva isə təhsil islahatlarının əsas istiqamətlərindən biri kimi keyfiyyətin yüksəldilməsi yönündə atılan addımlardan danışıb. Bu baxımdan müəllimlərin iştirakı ilə praktik müzakirələrin aparılmasını və nümunəvi dərslərin təşkilini yüksək qiymətləndirib.

Sonra konfrans sessiyalar üzrə davam etdirilib. Çıxışlar ətrafında müzakirələr aparılıb, müxtəlif siniflər üzrə nümunəvi dərslər təqdim olunub.

Konfransın yekun qərarına əsasən, müəllimlərin əməkdaşlığını və peşəkar dəstək almaq ehtiyacını təmin etmək üçün ayda bir dəfə toplaşmaq məqsədi ilə koordinasiya qrupu yaradılıb. 

S.Xankişiyeva

Paylaş:
588

Son xəbərlər

Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00
Bütün xəbərlər