“Avroviziya” ulduzları hər kəsi Yeni ili Quba Palace Hotel-də qarşılamağa dəvət edirlər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Avroviziya” ulduzları hər kəsi Yeni ili Quba Palace Hotel-də qarşılamağa dəvət edirlər – FOTO – VİDEO

15:05 - 17 / 12 / 2019
“Avroviziya” ulduzları hər kəsi Yeni ili Quba Palace Hotel-də qarşılamağa dəvət edirlər – FOTO – VİDEO

Uşaqlar qədər böyüklərin də səbirsizliklə gözlədiyi sehrli gecə  – 31 dekabr artıq yaxınlaşır.

Yeni il hər birimiz üçün həm də yeni ümidlər, yeni arzular deməkdir və məhz həmin gün ətrafımızda hər şeyin eynilə nağıllarda olduğu kimi işıq saçmasını, bu möcüzəvi bayramın ancaq göz oxşayan pozitiv anlarla yadda qalmasını arzulayırıq. Axı Yeni ili necə qarşılayırsansa, elə o cür də başa vurursan.

Bu sehrli bayramı – yəni 2020-ci ili harada keçirəcəyinizlə bağlı hələ bir qərara gəlməmisinizsə, Azərbaycanın dilbər guşələrindən biri olan Qubada yerləşən Quba Palace Hotel sizə bu işdə yardımçı ola bilər. 

Quba Palace Hotel-də Yeni il möhtəşəm olacaq, belə ki bayram günlərində qonaqlara Azərbaycanın “Avroviziya” ulduzlarının iştirakı ilə rəngarəng əyləncə proqramı təqdim ediləcək.

Ən parlaq “Avroviziya” ulduzlarımız – Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva, Sabina Babayeva, Çingiz Mustafayev, həmçinin ölkəmizə qələbə gətirmiş “Avroviziya-2011”in iştirakçıları Nigar Camal və Eldar Qasımov öz unudulmaz ifaları ilə Quba Palace Hotelin qonaqları üçün çıxış edəcəklər. Başqa deyimlə desək, Yeni il axşamı “Avroviziya”nı Qubaya gətirəcəklər.

Onu da qeyd edək ki, “Avroviziya” ulduzları ilk dəfədir ki, bu tərkibdə eyni səhnədə yer alacaqlar. Bu isə o deməkdir ki, Quba Palace Hotelinin qonaqlarını sözün əsl mənasında unudulmaz bir gecə gözləyir.

Əlbəttə, heç bir bayramı rəqslər olmadan təsəvvür etmək mümkün deyil, odur ki, bütün bayram boyunca Diamond Show Balet qrupu öz rəqsləri ilə qonaqları əyləndirməkdə davam edəcək.

Sizi “Avroviziya” hitləri, yola saldığımız ilin ən gözəl mahnıları və təbii ki, saysız-hesabsız bayram sürprizləri gözləyir. Otağınzı indidən rezervasiya etməyə tələsin, belə ki gün keçdikdə yerlərin sayı azalır.   

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Quba Palace Hotel (@qubapalacehotel) on

Quba Palace Hoteldə keçiriləcək Yeni il tədbirləri barədə sizi maraqlandıran bütün suallarla bağlı (+99412) 404 34 34, (+99450) 281 81 50 nömrələrinə zəng etməklə və ya sosial şəbəkələr vasitəsilə məlumat ala bilərsiniz.

Quba Palace Hotel sosial şəbəkələrdə -  @qubapalacehotel

Otelin rəsmi saytı https://www.qubapalace.com/

Yeni iliniz mübarək!

Reklam hüququnda

Paylaş:
1158

Son xəbərlər

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04
Bütün xəbərlər