Prezident İlham Əliyev Qırğızıstan parlamentinin sədrini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Qırğızıstan parlamentinin sədrini qəbul edib – YENİLƏNİB

16:40 - 17 / 12 / 2019
Prezident İlham Əliyev Qırğızıstan parlamentinin sədrini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Joqorku Keneşin sədri Dastanbek Cumabekov Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə bu ilin oktyabrında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün uğurla keçirildiyi, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun da bu toplantıda iştirak etdiyi və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Bu görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirildi. Azərbaycanın TÜRKPA-nın IX plenar iclasına uğurla ev sahibliyi edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı xalqlarımızın ortaq köklərə və mədəniyyətə malik olduğu qeyd edildi, Türk Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində də əməkdaşlığın önəmi bildirildi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Bakı və Bişkek şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

15:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekovu qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

 

Paylaş:
506

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər