KOBİA-nın təşkilatçılığı ilə Salyanda istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA-nın təşkilatçılığı ilə Salyanda istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib – FOTO

16:31 - 17 / 12 / 2019
KOBİA-nın təşkilatçılığı ilə Salyanda istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib – FOTO

Dekabrın 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Salyan rayonunda meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, dövlət-sahibkar dialoqu platforması çərçivəsində təşkil olunmuş görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Salyan Rayon İcra Hakimiyyətinin, eləcə də 50-yə yaxın istixana təsərrüfatının nümayəndələri iştirak ediblər.

Görüşdə sahibkarların qaz sərfiyyatına görə borclarla bağlı güzəştlərin olunması, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb. İstixana təsərrüfatlarında sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz”ın hesabına yerinə yetiriləcəyi, digər müraciətlərlə bağlı isə sahibkarlara dəstək göstəriləcəyi bildirilib.

Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov istixana təsərrüfatlarının məşğulluğun təmin olunmasında, ixracın artırılmasında əhəmiyyətini vurğulayıb, bu sahənin KOBİA-nın da diqqət mərkəzində olduğunu qeyd edib. Bildirilib ki, bu görüş sayca 3-cü görüşdür və bundan əvvəl Şəmkir rayonu və Bakı şəhərinin Xəzər rayonunda istixana təsərrüfatlarının sahibləri ilə müzakirələr aparılıb. Belə formatda görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Görüşdə qaldırılan məsələlərin KOBİA tərəfindən diqqətdə saxlanılacağı və həllinə dəstək göstəriləcəyi bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
837

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər