2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub – FOTO

09:28 - 17 / 12 / 2019
2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil edib.

1news.az-ın verdiyi xəbərə görə, iki gün davam edən seminarda Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatasının nümayəndələri “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”, beynəlxalq iqtisadi kooperasiya, təcrübə müddətində Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması imkanları barədə iştirakçılara ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Qeyd: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, 2009-cu ildən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” həyata keçirilir. Bu il 10 illiyi qeyd edilən proqramdan indiyədək 400-dən çox sahibkar və menecer yararlanıb. 2020-ci ildə proqramda iştirak edəcək sahibkar və menecerlər müsabiqə və müsahibə əsasında seçilib. Uğur qazanmış 22 sahibkar və menecerdən ibarət ilk qrup 17 fevral - 13 mart 2020-ci il tarixlərində Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatasının Tədris Mərkəzində ixtisasartırma kursu, Almaniya müəssisələrində təcrübə keçəcəklər. Növbəti qrupun isə 2020-ci ilin iyun-iyul aylarında Almaniyanın Köln şəhərində ixtisasartırma kursu keçməsi planlaşdırılır.

S.Xankişiyeva

 

 

 

 

 

 

 

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər