Qaxda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Qaxda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

16:20 - 18 / 12 / 2019
Qaxda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 8 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

  1. Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 8,0 (səkkiz) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

 

 

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər