Türkiyə Böyük Millət Məclisinin Sədri Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Böyük Millət Məclisinin Sədri Azərbaycana səfərə gəlib

09:17 - 18 / 12 / 2019
Türkiyə Böyük Millət Məclisinin Sədri Azərbaycana səfərə gəlib

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 18-də Azərbaycana səfərə gəlib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Mustafa Şentopu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər