Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevi təbrik edib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Son illər Çin-Azərbaycan münasibətləri yüksək dinamika ilə inkişaf edir və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımız genişlənir.
Cari ilin aprel ayında keçirilən ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu ərəfəsində Sizinlə keçirdiyim görüş zamanı ikitərəfli əlaqələrimiz və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı vacib razılaşmalar əldə etmişik. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir, birgə səylərimizlə xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərimizin yeni mərhələyə yüksəlməsini arzu edirəm.
Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm".
S.Xankişiyeva