Dmitri Medvedev Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Dmitri Medvedev Prezident İlham Əliyevi təbrik edib

11:18 - 23 / 12 / 2019
Dmitri Medvedev Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin böyük şəxsi töhfənizi qeyd etmək istərdim. Sizin daimi diqqətiniz sayəsində iqtisadi-ticari və investisiya sahələrində qarşılıqlı əlaqələr möhkəmlənir, energetika, sənaye, yüksək texnologiyalar, elm, mədəniyyət və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq kompleksinin daha da genişlənməsi, yeni təşəbbüslərin və proqramların həyata keçirilməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tam uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

S.Xankişiyeva

 

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər