Salome Zurabişvili: Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır | 1news.az | Xəbərlər
Rəsmi

Salome Zurabişvili: Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır

13:40 - 24 / 12 / 2019
Salome Zurabişvili: Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır

Gürcüstanın Prezidenti Salome Zurabişvili doğum günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm”.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər