İcbari tibbi sığorta haqları hər ay əməkhaqqından tutulacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

İcbari tibbi sığorta haqları hər ay əməkhaqqından tutulacaq

15:06 - 26 / 12 / 2019
İcbari tibbi sığorta haqları hər ay əməkhaqqından tutulacaq

Azərbaycanda icbari tibbi sığorta haqları vergi ödənişləri kimi hər ay əməkhaqqından tutulacaq.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, icbari sığorta sisteminin hansı bölgə üzrə tətbiqinə başlanılmasından asılı olmayaraq, bütün ölkə üzrə əhalidən sığorta yığımları gələn il aprelin 1-dən tətbiq ediləcək.

Z.Əliyev əlavə edib ki, gələn ildən dövlət neft sektorunda işləyən şəxslərin əməkhaqqından 2 faiz və işəgötürən əməkhaqı fondundan 2 faiz məbləğində icbari tibbi sığorta haqqı tutulacaq: “Özəl sektorda işləyən şəxslərə isə 2020-ci ildə güzəştin edilməsi barədə qərar qəbul edildi. Bu məsələ əvvəlki qanunda nəzərdə tutulmurdu. Yeni qanunda isə güzəştli şəkildə 1 faiz məbləğində işçinin əməkhaqqından, 1 faiz məbləğində isə işəgötürənin əməkhaqqı fondundan tutulma olacaq. Digər yenilik odur ki, əgər bir vətəndaşın əməkhaqqı 8 min manata qədərdirsə, qeyd edilən həmin faizlər tətbiq olunacaq. 8000 manatdan yuxarı olan hissəyə isə 0,5 faiz tətbiq olunacaq”.

Agentlik sədri qeyd edib ki, gələn ilin birinci rübündə icbari tibbi sığorta sisteminin tətbiqinə üzrə sərf ediləcək maliyyə yükünü dövlət öz üzərinə götürüb:

“İcbari tibbi sığorta haqqında” qanunun əvvəlki varaintında dövlət büdcəsindən icbari tibbi sığorta xidmətlərinin göstərilməsi üçün adambaşına 20 manatın ayrılması nəzərdə tutulurdu. Qanunun yeni qəbul edilmiş son variantında isə bu vəsaitin məbləği 90 manat olub. Bu məqsədlə də növbəti ilin dövlət büdcəsindən ölkənin 10 milyon əhalisi üçün 900 milyon manat məbləğində vəsait ayrılacaq".

S.Xankişiyeva

 

Paylaş:
894

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər