Şahin Seyidzadə də millət vəkilliyinə namizəd oldu | 1news.az | Xəbərlər
Siyasət

Şahin Seyidzadə də millət vəkilliyinə namizəd oldu

13:51 - 27 / 12 / 2019
Şahin Seyidzadə də millət vəkilliyinə namizəd oldu

Təhsil Nazirliyi “SABAH” qrupları İcra Komitəsinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial Layihələr" müsabiqəsinin rəhbəri Şahin Seyidzadə gələn il fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək.

1news.az xəbər verir ki, bu barədə Şahin Seyidzadə şəxsi Facebook səhifəsində məlumat verib. Onun yazdığını olduğu kimi təqdim edirik:

“20 il öncə ictimai fəaliyyətimə gənclər sektorundan başlamaqla, təbii olaraq, ölkəmizin apardığı gənclər siyasətinin, gənclər sektorunda olan müxtəlif beynəlxalq, yerli və dövlət əhəmiyyətli proseslerin bir parçası oldum.

İllər keçdi, təcrübəm artdı, vaxtı ilə bilik və təcrübəmi paylaşdığım minlərlə gənc inkişaf etdi. Gənclər siyasətində komanda ilə birlikdə keçdiyimiz yolun ən yüksək qiyməti 2016-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunması oldu.

Gənclər sektorunda qazandığım ictimai-siyasi təcrübə və “Təhsilin idarəedilməsi” üzrə aldığım təhsil gənclər siyasətindən təhsil siyasətinə keçməyə əsas yaratdı. 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsinə, cari ilin avqust ayından etibarən isə Heydar Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan olunmuş “Sosial layihələr” müsabiqəsinə rəhbərlik etməyə başladım.

20 illik keçdiyim yol, Prezident tərəfindən aparılan islahatlar və “proses əsaslı menecment”-dən “nəticə yönümlü menecment”-ə keçid məni ilhamlandırır və bu əsasla mən namizədliyimi 9 fevral 2020-ci ildə keçirilən Parlament Seçkilərində irəli sürməyə qərar verdim!”

1news.az

Paylaş:
14527

Son xəbərlər

Bütün xəbərlər