Evini sığortalatdırmayanlar cərimələnəcəklər - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Evini sığortalatdırmayanlar cərimələnəcəklər - VİDEO

14:10 - 27 / 12 / 2019
Evini sığortalatdırmayanlar cərimələnəcəklər - VİDEO

2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanmasına nəzarət gücləndiriləcək. Evini sığortalatdırmayan vətəndaşlar cərimələnəcək.

1news.az
bildirir ki, məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Rəşad Əhmədov - İcbari Sığorta Bürosunun icraçı direktoru: "Hal-hazırda Azərbaycanda önəmli bir hissəsinin sığortası olmayan milyonlarla daşınmaz əmlak var".

Evlərin icbari qaydada sığortalanması qanunvericilikdə də var. Məcburi şəkildə tətbiq edilməməsi isə bu prosesin elektronlaşmaması ilə bağlı idi. Bu ilin sonunda elektronlaşma prosesi başa çatacaq və yoxlamalar bu üsulla aparılacaq.

Rəşad Əhmədov - İcbari Sığorta Bürosunun icraçı direktoru: "Elektronlaşmanın tamamlanması və elektronlaşmanın həyata keçməsi buna yol açacaq ki, nəzarətedici qurum artıq bir kompüter ekranından kimin sığortasının olub, kimin olmadığını görə biləcək. Bir-bir evlərin sığortasının olub-olmadığını yoxlamağa ehtiyac qalmayacaq".

Bakıda və Abşeronda 50 manat müqabilində 25000 manatlıq sığorta paketi təklif olunur. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20000 manatlıq, digər yaşayış məntəqələrində isə 30 manat müqabilində 15000 manatlıq paket əldə etmək mümkün olacaq.

Xəyal Məmmədxanlı - Ekspert: "Bu sığorta sizə ən geniş təminatları verir. Yəni bunun içində yanğın, ildırım, partlayış, qısaqapanma məsələsi, təbii fəlakətlər və təbiət hadisələri, boruların partlaması, qonşunun başınıza su axıtması kimi ən geniş yayılan təminatlardan biri var".

Əgər vətəndaşın günahı ucbatından qonşunun əmlakına ziyan dəyərsə, yəni bir evdə yanğın baş verib, digərinə keçərsə, bu halda qonşunun zərərini ödəyən sığorta şirkəti həmin məbləği birincidən tələb edə bilər. Bu haldan sizi məsuliyyət sığortası qoruya bilər.

Xəyal Məmmədxanlı - Ekspert: "Həm öz əmlakınızı, həm də öz məsuliyətinizi sığorta edə bilərsiniz. Məsələn, deyə bilərsiniz ki, mən əmlakımı sığortalayıram 50 manata üstəlik 20 manat da pul ödəyirəm ki, mənə 50 min manatlıq məsuliyyət sığortası versin. Bu, o deməkdir ki, sizin qonşuya da vurduğunuz ziyana görə 50 min manatlıq məsuliyyətinizi də yenə sığorta şirkəti öz üzərinə götürə bilər".

Bəs qeydiyyatsız evlərlə bağlı vəziyyət necə olacaq? Məlumata görə, təkcə Bakı şəhərində təxminən 600000 sənədsiz ev var.

Ruslan Atakişiyev - İqtisadçı: "Həmin mənzillər sığortalana bilmirlər, çünki onların sənədləri yoxdur. Amma məsələnin həlli bundan ibarətdir ki, ümumiyətlə, həmin ərazidə kupçasız evlərlə bağlı konkret proqram hazırlanıb həlli variantları üzərində işlər görülməlidir".

Ekspertərin sözlərinə görə, sənədsiz evlərin sığortalanması risk olduğundan, bu riski heç bir sığorta şirkəti öz üzərinə götürməyəcək.

1news.az

Paylaş:
780

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər