Ağıllı insanın 10 nişanəsi

Ağıl - bəşər üçün ən böyük sərmayədir. Bu sifət onu başqa varlıqlardan fərqləndirir. İmam Rza (ə) ağlın dəyəri barəsində buyurur: "Hər kəsin dostu - ağıl, düşməni isə onun cəhalətidir". Ona görə də hər kimin ağlı vardır, deməli hər şeyi vardır. O kəsin ki, ağlı yoxdur, cəhaləti evində qonaq etmiş olar. Ona insanlıqdan bir şey çatmamışdır.
1news.az deyerler.org-a istinadən bildirir ki, İmam Rzanın (ə) nəzərinə görə, ağılın on nişanəsi vardır. Hər kimdə bu 10 nişanə olarsa, o, ağıllı insan hesab olunar:
- Ondan xeyir ümid edilər.
- Onun pisliyindən amanda olarlar.
- Başqasının kiçik xeyirini böyük hesab edər.
- Özünün böyük xeyirini kiçik hesab edər.
- Ondan nə qədər hacət istəsələr, yenə təngə gəlməz.
- Bütün ömrü boyu elm öyrənməkdən yorulmaz.
- Allah yolunda yoxsul olması, onun üçün qüdrətli olmaqdan daha sevimlidir.
- Onun üçün Allah yolunda xar olmaq, düşmən yanında izzətli olmaqdan daha sevimlidir.
- Gizli qalmağı məşhur olmaqdan daha çox istəyər.
- Heç kəsə o gözlə baxmaz ki, desin mən ondan daha təqvalıyam.
Allah Təala bu nəcib keyfiyyətlərdən biz bəndələrə də nəsib etsin, inşəalllah!
1news.az
1051