Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib

17:08 - 31 / 12 / 2019
Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, MSK-ya daxil olan müraciətdə qeyd olunub ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində bəzi qanun pozuntuları baş verib. MSK nəzdində Ekspert qrupu tərəfindən şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

MSK-nın iclasında müzakirələrdən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilsin.

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər