Bakıda metroya partlayıcı oyuncaq atan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda metroya partlayıcı oyuncaq atan şəxslər saxlanılıb

14:43 - 01 / 01 / 2020
Bakıda metroya partlayıcı oyuncaq atan şəxslər saxlanılıb

Bakıda metroya partlayıcı oyuncaq atan şəxslər saxlanılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun dediyinə görə, hadisə bu gün saat 18:16-da baş verib. Naməlum şəxslər metronun "28 may" stansiyasında qatar xəttinə pirotexniki vasitə atıb. Nəticədə qatar xəttində tüstüləmə baş verib. Dərhal qatar yolunda gərginlik dayandırılıb və yola baxış keçirilib. Nəticədə "Sahil" stansiyasına gedən qatarın qrafikində 5 dəqiqə gecikmə baş verib.

Metroda Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən 3 nəfər - Yardımlı rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov, Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Şahin Abbasov və Zəngilan rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Məmmədov saxlanılıblar.

1news.az

Paylaş:
855

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər