Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilir – FOTO | 1news.az | Xəbərlər
Futbol

Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilir – FOTO

11:11 - 08 / 01 / 2020
Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilir – FOTO

Bakıda AFFA-nın növbədənkənar konfransı başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən ilin ölkəmiz üçün digər sahələrdə olduğu kimi, idmanda da uğurlu olduğunu deyib. O, cari ildə də bu uğurun davam etdiriləcəyinə əminliyini ifadə edib.

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Nizamnaməsinə edilən əlavə və dəyişikliklərin İcraiyyə Komitəsinin üzvləri ilə birgə məsləhətləşmələr nəticəsində gerçəkləşdiyini diqqətə çatdırıb.

AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlı Nizamnaməyə edilən əlavə və dəyişikliklərlə bağlı təkliflər arasında qurumun İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi, prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi və digər məsələlərin yer aldığını diqqətə çatdırıb.

Konfrans davam edir.

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər