Vilayət Eyvazov yol polisində daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Eyvazov yol polisində daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı

11:39 - 10 / 01 / 2020
Vilayət Eyvazov yol polisində daha bir yüksək vəzifəli şəxsi işdən çıxardı

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi olub.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri, polkovnik Rəşadət Babayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Malik İbrahimov gətirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Balakişi Əhmədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndəriliblər.

1news.az

Paylaş:
3360

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər