Heydər Əliyev prospektində sürət həddi birdəfəlik endirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev prospektində sürət həddi birdəfəlik endirilir

16:34 - 13 / 01 / 2020
Heydər Əliyev prospektində sürət həddi birdəfəlik endirilir

Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək.

Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik.

1news.az

Paylaş:
758

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər