“Buta Airways”in təyyarəsi texniki səbəblərə görə havaya qalxa bilmədi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways”in təyyarəsi texniki səbəblərə görə havaya qalxa bilmədi

10:22 - 13 / 01 / 2020
“Buta Airways”in təyyarəsi texniki səbəblərə görə havaya qalxa bilmədi

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib. Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

S.Xankişiyeva

 

 

Paylaş:
1371

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər