Qaraciyər hüceyrələrini bərpa edən 4 qida

Müasir insanın qidalanması sanki bilərəkdən qaraciyəri sıradan çıxarmağa hazırlanıb. Alkoqol, qazlı, şirəli sular, rəngli qidalar, yağlar, trans yağlar, karbohidratlar, siqaret, dərmanlar, hava - qaraciyərin işini çətinləşdirir.
Xoşbəxtlikdən bu orqan dözümlüdür və hüceyrələri öz-özünü bərpa edə bilər. Bu da o halda baş verir ki, zərərli maddələrin axınını azaldıb, ona dəstək verək.
1news.az medicina.az-a istinadən qaraciyər hüceyrələrini bərpa etməyə kömək edən və təsiri elmi tədqiqatlarla sübut olunan 4 vacib qidanı təqdim edir:
- Balqabaq
Təbii A vitamini mənbəyidir. Qaraciyərin dərmanıdır. Sobada bişirilmiş balqabaq isə qaraciyəri təmizləyir, gücləndirir
- Laminariya, dəniz kələmi
Apteklərdə və marketlərdə satılır. Qaraciyəri ağır metallardan, toksin və duzlardan təmizləyir. Yodla zəngindir.
- Ərik qurusu
Amma özünüz qurutduğunuz, ən keyfiyyətlisi. Kuraqa dediyiniz qaysı, ərik qurusu sirroz və qaraciyər xərçəngini 2 dəfə azaldır.
- Təmiz zeytun yağı
Təbii E vitamini ilə zəngindir, qaraciyəri sərbəst radikalların zərərindən qoruyur. Radiasion çirklənməni bədəndən təmizləyir.
1news.az