Baker Tilly “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş dəyişikliklər” mövzusunda seminar keçirib – FOTO
“Baker Tilly” şirkətinin təşkilatçılığı ilə 15 yanvar 2020-ci il tarixdə Fairmont Baku otelində “Azərbaycan Respublikasının vergi qanunvericiliyində edilmiş dəyişikliklər” mövzusunda seminar keçirilmişdir.
“Baker Tilly” şirkətinin Vergi və Hüquq Departamentinin rəhbəri Nərmin Hacıyeva tədbirdə giriş sözü ilə çıxış edərək bildirmişdir ki, seminarın məqsədi müştərilərimizi daim təkmilləşən vergi sistemində və vergi qanunvericiliyində edilmiş mühüm dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir.
Seminarda Nərmin Hacıyeva ilə birlikdə, “Baker Tilly” şirkətinin partnyoru Samir Vəliyev, “Baker Tilly” şirkətinin vergi komandasının üzvləri Səyavuş Səfiyev və Rəşad Göyuşov da iştirak etmişlər. Onlar vergi qanunvericiliyində edilmiş dəyişikliklərin mahiyyəti, məqsədi və digər aspektləri barədə məlumat verərək, sonda tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.
Müxtəlif sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkət nümayəndələrinin iştirak etdiyi tədbirdə, vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı sahibkarları narahat edən əsas məsələlər ətrafında müzakirə aparılmış və bu dəyişikliklərin sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət etməsi vurğulanmışdır.
Azərbaycanın audit bazarında 12 ildən artıq uğurla fəaliyyət göstərən və “Baker Tilly” beynəlxalq şəbəkəsinin üzvü olan “Baker Tilly” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi ölkə iqtisadiyyatında maliyyə şəffaflığını, büdcə vəsaitlərindən təyinatına uyğun istifadəni təmin etməklə, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir”.
Baker Tilly şirkəti də Azərbaycan Respublikasında auditor xidməti bazarının genişləndirilməsi, auditin beynəlxalq standartların tələblərinə uyğun aparılmasının təmin edilməsi, habelə ölkənin iqtisadi həyatında auditin rolunun və əhəmiyyətinin daha da gücləndirilməsi istiqamətdində öz dəstəyini göstərməyə davam edir.
Eyni zamanda şirkət özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial, o cümlədən elm və təhsilin inkişafına yönəldilmiş layihələrdə fəal iştirak edir.
Qeyd edək ki, dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla, 2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur.
Reklam hüququnda