Şəkidə 13 yaşlı əqli qüsurlu oğlan itkin düşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə 13 yaşlı əqli qüsurlu oğlan itkin düşüb - FOTO

13:02 - 23 / 01 / 2020
Şəkidə 13 yaşlı əqli qüsurlu oğlan itkin düşüb - FOTO

Şəki rayonunda 13 yaşlı əqli qüsurlu oğlan itkin düşüb.

Şəki rayon Polis İdarəsindən 1news.az-a bildiriblər ki, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1news.az

Paylaş:
1308

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər