Ərinin qırmancla döydüyü 3 uşaq anası sığınacağa yerləşdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərinin qırmancla döydüyü 3 uşaq anası sığınacağa yerləşdirildi

14:01 - 23 / 01 / 2020
Ərinin qırmancla döydüyü 3 uşaq anası sığınacağa yerləşdirildi

Yanvarın 17-də Xızıda 3 övladı ilə itkin düşən ana ilə bağlı yeni təfərrüatlar məlum olub.

1news.az-ın məlumatına görə, 26 yaşlı Əfsanə İsayeva 3 uşağı ilə birlikdə Bakıda sığınacağa yerləşdirilib.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kamalə Ağazadənin sözlərinə görə, Əfsanə sığınacağa dünən gecə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilib:

“Vəziyyəti çox pis idi, həddindən artıq qorxu içində idi. Qadının bədənində yetərincə işgəncə, döyülmə izləri var. Uşaqların qorxudan dodaqları əsirdi. Hazırda özlərini yaxşı hiss edirlər, digər uşaqlarla oynayırlar. Düzdür, məktəbə getmirlər. Əri Əfsanəni qırmancla döyürdü, indi isə barışmaq istəyir”.

Xatırladaq ki, Xızı rayonunda ana və 3 övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.

İtikin düşən ana və övladları bir neçə gündən sonra Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib.

Əfsanə qaçmağına səbəb kimi ərinin işgəncələrinə məruz qalmasını göstərib. Qadının danışdıqları ölkə ictimaiyyətində rezenans doğurub. Aydnın olub ki, Əfsanənin həyat yoldaşı Səxavət fermada çobanlıq edir. Ailə elə həmin fermada yaşayır. 10 ildir ailəli olan gənc qadın son dəfə qırmancla döyüldükdən sonra üç azyaşlı uşağını da götürüb evdən qaçıb. 

Canını və uşaqlarını götürüb evdən qaçan qadın bu illər ərzində mütəmadi şəkildə döyüldüyünü, təhqirlərə məruz qaldığını bildirib. Qadının sözlərinə görə, dəfələrlə anasına bu barədə desə də, ana qızına “Qadının ər evindən ancaq meyiti çıxar” deyərək dözməyi məsləhət verib. 

1news.az

Paylaş:
1434

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər