Rüşvət alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rüşvət alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb – FOTO

10:34 - 23 / 01 / 2020
Rüşvət alarkən görüntüsü yayılan polis əməkdaşı ölüb – FOTO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev 1news.az-ın sorğusuna cavab olaraq deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

S.Xankişiyeva

 

Paylaş:
1359

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər