Xırdalanda dəhşət: Avtomobil iki şagirdi vurdu – VİDEO

Xırdalanda iki məktəblini avtomobil vurub. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.
Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.
1news.az
1115