Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb

11:50 - 27 / 01 / 2020
Bank BTB 2019-cu ildə mənfəətini əhəmiyyətli dərəcədə artırıb

Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəət ilə başa vurub. Belə ki, bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 9.7 dəfə çox, yəni, 6 milyon 819 min manat deməkdir.

2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.

Bank BTB 2019-cu ildə müştərilərini kredit məhsulları ilə təmin etmiş və həmin dövr ərzində kredit portfelini 14% artıraraq ümumi kredit portfelini 212 934 min AZN-ə çatdırmış, bununla da kreditləşmədə ciddi artım əldə etmişdir.

Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il dövrü ərzində fiziki şəxs müştərilərinin sayında 5%, hüquqi şəxs müştərilərinin sayında 26%, plastik kartların sayında 31%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 20% artıma nail olmuşdur.

2018-ci il ilə müqayisədə 2019-cu ildə Bank BTB-nın faiz gəlirləri 2 milyon 949 min manat, yəni 15% artaraq 22 milyon 17 min manat, qeyri-faiz gəlirləri isə 210 min manat və ya 3% artaraq 6 milyon 797 min manat təşkil edib.

Hər il olduğu kimi, 2019-cu il dövrü ərzində də Bank BTB təklif etdiyi kredit məhsulları və əlçatan xidmətləri ilə müştərilərin inam və etimadını qoruyub saxlaya bilmişdir. Bunun nəticəsi olaraq, 2019-cu ildə bankın depozit portfeli 133 milyon 344 min manata çatmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Qeyd edək ki, müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 32% və 68% nisbətində cəmlənmişdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Bank BTB-nin faiz xərcləri 900 min manat, yəni 8% artaraq 11 milyon 788 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 133 min manat, yəni 8% artaraq 14 milyon 472 min manat təşkil edib.

“2019-cu il Bank BTB üçün çox uğurlu olub, bunu bütün biznes göstəriciləri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu, müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərən komandamızın gərgin əməyinin nəticəsidir. Bu il bankın yeni biznes strategiyasının birinci ilini tamamladıq. Strategiyamıza uyğun olaraq 2020-ci il üçün daha da iddialı hədəflərimiz var.” – deyə “Bank BTB”nın İdarə Heyəti sədrinin birinci müavini Rüfət Abbasov qeyd edib.

Qeyd edək ki, Bank BTB onlayn müraciət kanallarını genişləndirərək Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələri ilə yanaşı 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsini də müştərilərinin ixtiyarına verib. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən və www.btb.az rəsmi saytından məlumat ala bilərsiniz.

Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Reklam hüququnda

Paylaş:
716

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər