Qarabağda erməni əsgəri özünü güllələyib | 1news.az | Xəbərlər
Ermənistan

Qarabağda erməni əsgəri özünü güllələyib

11:48 - 29 / 01 / 2020
Qarabağda erməni əsgəri özünü güllələyib

Azərbaycanın işğal altında olan torpaqlarında – Dağlıq Qarabağda erməni əsgəri intihar etmək istəyib.

Erməni KİV-inin Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimə istinad edərək yaydığı məlumata görə, yanvarın 28-də, saat 02.55 radələrində cənub-şərq istiqamətində yerləşdirilən hərbi hissələrdən birində bəlli olmayan səbəblərdən əsgər Nver Aramoviç Avetisyan (2000-ci il təvəllüdlü) güllə yarası alıb.

Yaralı əsgər hərbi hospitala aparılıb, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd olunur ki, əsgər özünə atəş açıb. İnsidentin bütün şərtlərini müəyyənləşdirmək üçün istintaq aparılır.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1919

Son xəbərlər

Bütün xəbərlər