Fevralın ilk gününün havası: külək, yağış, qar | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın ilk gününün havası: külək, yağış, qar

13:08 - 31 / 01 / 2020
Fevralın ilk gününün havası: külək, yağış, qar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi,  gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz  7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 761 mm civə sütununa  yüksələcək, nisbi rütubət gecə 75-85 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 1-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 0-5, gündüz  6-11 dərəcə  isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.  Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 1-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enəcəyi və gün ərzində yağmurlu keçəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1news.az

Paylaş:
908

Son xəbərlər

Bütün xəbərlər