Yüzlərlə insan ölümdən döndü - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Yüzlərlə insan ölümdən döndü - VİDEO

16:34 - 31 / 01 / 2020
Yüzlərlə insan ölümdən döndü - VİDEO

Sibirdə buz kütləsinin qoparaq, sahildən uzaqlaşması nəticəsində təhlükə ilə üzləşən 536 balıqçı xilas edilib. 60 balıqçı isə öz səyi nəticəsində sahilə çıxıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı 7 saat davam edib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Məlumata görə, buz kütləsi qoparaq sahildən 200 metr məsafəyə qədər uzaqlaşıb.

Bildirilir ki, xilasetmə əməliyyatı vaxtında həyata keçirilməsəydi buz kütləsi sahildən xeyli uzaqlaşa bilərdi. Bu da balıqçıların həyatı üçün ciddi təhlükə yaradacaqdı. 

1news.az

Paylaş:
1181

Son xəbərlər

Bütün xəbərlər