Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi | 1news.az | Xəbərlər
Dünya

Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi

17:20 - 04 / 02 / 2020
Koronavirusa yoluxmuş qadın sağlam övlad dünyaya gətirdi

Çinin Heyluntszyan əyalətinin Harbin şəhərində koronavirusa yoluxmuş qadın sağlam qız övladı dünyaya gətirib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qadın hamiləliyin 38-ci həftəsində olub. Pasiyentin vəziyyətinin getdikcə pisləşməsi səbəbindən uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb. Nəticədə dünyaya 3,05 kiloqram çəkisi olan qız dünyaya gəlib. Körpə dərhal karantinə yerləşdirilib, ondan koronavirusla bağlı götürülən lazımi analizlər mənfi nəticə verib.  

Hazıra ana və övladının vəziyyəti "stabil yaxşı" qiymətləndirilir.

1news.az

 

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər