9 namizəd işğal altında olan Xankəndidən deputatlıq uğrunda mübarizə aparacaq – SİYAHI

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı 122 saylı Xankəndi seçki dairəsindən 9 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Erməni işğalının davam etməsi ilə əlaqədar Xankəndidə seçki kampaniyasının aparılmasının mümkünsüzlüyünə baxmayaraq, bu qədər sayda namizədin irəli sürülməsi seçki prosesinin şəffaf və demokratik xarakter daşıdığından, namizədlər arasında güclü rəqabətdən xəbər verir.
1news.az-ın daha əvvəl verdiyi xəbərə görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev də bu seçki dairəsindən namizədliyini irəli sürüb.
Sədr daha əvvəl də bəyan etmişdi ki, Parlamentə keçiriləcək növbədənkənar seçkilər çərçivəsində bu seçki dairəsindən olan digər namizədlərlə yanaşı, seçki təşviqatını qanunun tələblərinə uyğun şəkildə bərabər və ədalətli şəraitdə aparır.
Deputatlığa namizədlərin bütün siyahısı Dağlıq Qarabağın azərbaycanlı icmasının Tvitter səhifəsində dərc edilib.
“Demokratik, plüralist və rəqabətli Parlament seçkiləri 2020. Kimə səs verəcəyinizə özünü qərar verin”, - icmanın məlumatında qeyd edilib.
Bununla yanaşı qeyd edək ki, bu dairədən ən gənc namizədin 22 yaşı, ən yaşlı namizədin isə 65 yaşı var. Həmçinin iki qadın da deputatlığa namizədliyini irəli sürüb.
122 saylı Xankəndi seçki dairəsindən digər 8 nəfər deputatlığa namizəd haqqında məlumatı nəzərinizə çatdırırıq:
- Şamxal Adıgözəlov – ХAZAR Qarabağ telekanalının müxbiri (1986-cı il təvəllüdlü)
- Aydın Əliyev – işsiz (1955-ci il təvəllüdlü)
- Elman Həsənli – işsiz (1998-ci il təvəllüdlü)
- Elbrus Həşimov – Dövlət Gəmiçilik Akademiyası (1959-cu il təvəllüdlü)
- Jalə Məmmədova – CASPİAN EVENT ORGANİSERS satış üzrə menecer (1983-cü il təvəllüdlü)
- Şəfəq Quliyeva – Vətəndaş Həmrəyliyi Partiyasının Ümumi şöbəsinin müdiri (1966-cı il təvəllüdlü)
- Elxan Xanəlizadə – “Ekstremal Şəraitdə Jurnalistlər” İctimai Birliyinin ssenaristi (1980-ci il təvəllüdlü)
- Səbuhi Səmədov – deputat köməkçisi (1983-cü il təvəllüdlü)
Xatırladaq ki, ötən ilin noyabrın 28-də “Yeni Azərbaycan” Partiyasının iclası keçirilib. İclas zamanı partiyanı təmsil edən deputatlara Milli Məclisin (Parlament) buraxılması təşəbbüsü ilə çıxış etmələri tövsiyyə olunub.
Dekabrın 4-də Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisinin Konstitusiyaya uyğunluğu üzrə buraxmasına qərar qəbul etdi.
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzaladı.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci ilin fevralın 9-na təyin edilib.
“Kimi istəyirsən seç”: Azərbaycanda 2020-ci il seçki kampaniyasının xüsusiyyətləri – FOTO
29 saylı seçki dairəsində vəziyyət gərginləşir: MSK Bəxtiyar Hacıyevə xəbərdarlıq edib – FOTO
Tərcümə: S.Xankişiyeva