Fevralın 6-na olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 6-na olan hava proqnozu açıqlanıb

13:37 - 05 / 02 / 2020
Fevralın 6-na olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 6-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb  küləyinin  arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  15-19, Bakıda  gecə 5-7, gündüz  17-19 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu  gecə  3-8, gündüz  15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti,  dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 06-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1news.az

Paylaş:
1330

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər