Telefonunuzda ən çox enerji tükədən tətbiqlər – SİYAHI
Smartfonlar son 10 ildə böyük inkişafa imza atıb. İstər texniki göstərici, istərsə də kamera və dizayn baxımından mükəmməl dərəcəyə çatıb. Ancaq batareyanın ömrü baxımından hələ də istənilən mərhələdə deyilik.
Onu da bildirək ki, bir neçə il sonra istifadəyə veriləcək qrafen batareyaları ilə bu problem ortadan qalxacaq. Hələlik batareya probleminin istifadəçilər üçün vacib olduğunu söyləyə bilərik. Məlumdur ki, arxa planda işləyən tətbiqlər telefonu tez bir zamanda tükədən amillər arasındadır. Fərqində olmasanız belə telefonun enerjisini tez bir zamanda bitirir.
1news.az ted.az-a istinadən ən çox enerji istifadə edən tətbiqlərin siyahısını sizə təqdim edir. Siyahıdakılardan istənilən birini istifadə edir və batareya problemi yaşayırsınızsa, o zaman bu tətbiqin istifadəsi haqqında bir daha düşünməlisiniz.
1) Samsung AllShare
2) Samsung Security Policy Updates
3) ChatON Voice
4) Google Maps
5) WhatsApp
6) Facebook
7) AppLock
8) WeChat
9) Microsoft Outlook
10) battery saver
1news.az