Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası keçirilir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası keçirilir - YENİLƏNİB

12:10 - 06 / 02 / 2020
Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası keçirilir - YENİLƏNİB

Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, iclası giriş sözü ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov açıb.

Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.

İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

9:51

Bu gün Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, artıq quruma daxil olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Bakıya gəlib.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.

Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.

1news.az

Paylaş:
581

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər