Bakıda dəhşətli qətl: Qardaş üç uşağı olan bacısının boğazını kəsərək öldürdü

Paytaxtda dəhşətli qətl hadisəsi baş verib.
1news.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 22:00 radələrində “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsindəki 12-ci binada yerləşən mənzildə qeydə alınıb.
Belə ki, Zəngilan sakini, 1963-cü il təvəllüdlü Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovuz Ələkbər qızı Cəfərovanın boğazını kəsərək ürəyindən bıçaqlayıb. Qadın hadisə yerində vəfat edib.
Məlumata görə, qadın hadisədən əvvəl qızına zəng edərək qardaşının onu izlədiyini deyib.
Hadisə yerinə polis və təcili yardım cəlb edilib. Daha sonra isə cinayətkar könüllü olaraq polisə təslim olaraq təqsirini etiraf edib.
Hadisənin hansı zəmində törədildiyi hələlik məlum deyil. Nəsimi rayon prokurorluğunda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, mərhumun bir qız, iki oğlan övladı var.
1news.az