Məşhuq qanqsterin avtomobili satışa çıxarıldı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Məşhuq qanqsterin avtomobili satışa çıxarıldı - VİDEO

17:41 - 07 / 02 / 2020
Məşhuq qanqsterin avtomobili satışa çıxarıldı - VİDEO

Bu günlərdə Amerikanın məşhur qanqsteri Al Kaponeyə məxsus olmuş avtomobil satışa çıxarılıb.

1news.az autograph.az-a istinadən bildirir ki, 1928-ci ildə istehsal edilmiş və 1787 km yürüyüşü olan Cadillac Town Sedan ən azı bir milyon dollara qiymətləndirilir.

Avtomobil "Böyük böhran" və "Quru Qanun" zamanı fəaliyyət göstərmiş kriminal imperiyanın başçısına məxsus olduğuna görə, bir sıra spesifik təkmilləşdirmələrdən keçib. İlk növbədə avtomobilin standart şüşələri bir düymlük (2,54 sm) gülləkeçirməz şüşələrlə əvəzlənib. Bundan başqa, yan şüşələri qardıran zaman aşağıda atıcılar üçün ikidüymlük yarıq peyda olur.  Avtomobilin arxa şüşəsi də təqib edənlərə atəş açmaq üçün açılır.

Avtomobilin qapıları əlavə olaraq polad təbəqələrlə gücləndirilibdir. Əlavə olaraq, Cadillac polis səs siqnalı, sayrışan işıq və əlcək qutusunda gizlədilmiş radio ilə təchiz edilmişdir. Bundan başqa, Al Kapone avtomobili polis avtomobillərinin rənginə boyatdırmışdı. Bu səbəbdən də, qanqasterləri polislərdən ayırd etmək praktiki olaraq mümkün deyildi.

Bu Cadillac sənədlərli təsdiqi olan tarixdəki ilk zirehli avtomobillərdən biridir. Bu nüsxənin bəxti gətirib, çünki Al Kaponenin çoxsaylı əmlakı müsadirə edilən zaman avtomobil təsadüfən polisin diqqətindən yayınıb. Nəticədə, tarixi model ömrü boyu qarajda və ya amerikan muzeylərində  saxlanılıb.

1news.az

Paylaş:
781

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər