Qubada güclü yanğın: helikopterlər havaya qalxdı – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada güclü yanğın: helikopterlər havaya qalxdı – YENİLƏNİB

14:10 - 07 / 02 / 2020
Qubada güclü yanğın: helikopterlər havaya qalxdı – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə,  fevralın 7-də Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

12.30

7 fevral tarixində Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

S.Xankişiyeva

 

Paylaş:
1066

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər