Yerevan heyvanxanasında küçə itləri kenquruları yedilər
Axır zamanlar Yerevan heyvanxanasının sakinləri sürətlə ölməyə başlayıb.
1news.az oxu.az-a istinadən xəbər verir ki, çərşənbə günü heyvanxanada yaşayan dəvələrdən biri ölüb.
Ölən dəvədə vərəm izləri aşkar edilib. Ölmüş dəvə ilə bir qəfəsdə başqa dəvə və Türkmənistan qulanı yaşayırdı.
Heyvanxananın direktorunun müavini Valya Marqaryanın sözlərinə görə, onlar ciddi nəzarət altındadırlar. Bununla belə yaxın zamanlarda heyvanxananın bağlanacağı gözlənilir.
Qeyd etmək lazımdır ki, 2018-ci ildən heyvanxana qalmaqalların mərkəzindədir.
Həmin il gözlənilmədən heyvanxanadakı zebra, ayı, timsah, bezoar keçisi və pələng ölmüşdü.
2019-cu ilin aprelin 29-da Binqo adlı digər pələngin cansız leşi aşkar edilmişdi.
Ötən ilin oktyabrın 31 və dekabrın 1 ac küçə itləri heyvanxanada yaşayan üç kenqurunu və üç muflonu yemişdilər.
1news.az