ATƏT PA: Bu gün Azərbaycan xalqı üçün son dərəcə vacib gündür | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA: Bu gün Azərbaycan xalqı üçün son dərəcə vacib gündür

13:00 - 09 / 02 / 2020
ATƏT PA: Bu gün Azərbaycan xalqı üçün son dərəcə vacib gündür

“Bilirəm ki, bu gün Azərbaycan xalqı üçün çox vacib gündür”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, albaniyalı deputat Elona Hoca-Qjebrea deyib.

O bildirib ki, Azərbaycanın ATƏT standartlarına riayət etməsi çərçivəsində bütün standartları və prosedurları dəstəkləmək və qiymətləndirmək üçün gəlmişik.

“Biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu göstərmək üçün buradayıq”, - o söyləyib.

Xanım diplomat Azərbaycan xalqına sülh və uğur arzulayıb.

S.Xankişiyeva

 

Paylaş:
365

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər