Volqoqrada məcburi eniş edən "Buta Airways"in təyyarəsi Moskvaya yola düşüb – YENİLƏNİB
"Buta Airways"in Gəncədən Moskvaya uçan və Rusiyanın Volqoqrad aeroportuna məcburi eniş edən J2 9817 nömrəli aviareysin təyyarəsi Moskvaya yola salınıb.
Bu barədə "APA-Economics"ə "Buta Airways"dən bildiriblər.
Məlumata əsasən, halı pisləşən sərnişin bortdan düşürüləndən sonra avialayner Moskvaya uçuşunu davam etdirib.
Xatırladaq ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda məcburi eniş etmişdir.
14.04
Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in Gəncədən Moskvaya uçan J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.
"Buta Airways"dən 1news.az-a verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir.
Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.
S.Xankişiyeva