Rusiyalı müşahidəçi: “Seçkilər tam şəffaf və demokratik keçirilib” | 1news.az | Xəbərlər
Siyasət

Rusiyalı müşahidəçi: “Seçkilər tam şəffaf və demokratik keçirilib”

10:10 - 10 / 02 / 2020
Rusiyalı müşahidəçi: “Seçkilər tam şəffaf və demokratik keçirilib”

“Azərbaycanda növbədənkənar parlament seçkiləri tam şəffaf və demokratik keçirilib”.

APA-nın məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Rusiyadan olan müşahidəçilərin rəhbəri Liliya Qumerova deyib.

Onun sözlərinə görə, dünən müşahidə missiyası 3 dairə üzrə 11 məntəqəyə baş çəkib.

"Hər bir məntəqədə seçki prosesi yüksək səviyyədə, qanuni çərçivədə və peşəkarlıqla təşkil olunub. Əsas məqamlardan biri odur ki, budəfəki seçkidə namizədlərin böyük əksəriyyəti gənclər idi. Gənc parlamentarilər yeni ideyalar irəli sürəcəklər ki, bu da olduqca vacib məqamdır”,-  deyə L.Qumerova qeyd edib.

S.Xankişiyeva

 

 

Paylaş:
473

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər