İşçilərini təcili tibbi yardım maşını ilə seçkiyə göndərən baş həkim şiddətli töhmət aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İşçilərini təcili tibbi yardım maşını ilə seçkiyə göndərən baş həkim şiddətli töhmət aldı

16:25 - 11 / 02 / 2020
İşçilərini təcili tibbi yardım maşını ilə seçkiyə göndərən baş həkim şiddətli töhmət aldı

Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov işçilərin təcili tibbi yardım maşını ilə 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə səsverməyə getməsinə görə cəzalandırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) 1news.az-un sorğusuna cavab olaraq bildirib ki, baş həkimə şiddətli töhmət verilib:

“Quruma dəvət olunan baş həkim izahatında hava şəraitinin soyuq olduğuna görə, işçilərin seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş ediblər. İstənilən halda, bu, qanun pozuntusudur və təcili yardım maşınlarından yalnız nəzərdə tutulmuş halda istifadə edilə bilər”.

S.Xankişiyeva

 

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər