Lerikə 1 metrdən çox qar yağdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikə 1 metrdən çox qar yağdı – FOTO

17:11 - 11 / 02 / 2020
Lerikə 1 metrdən çox qar yağdı – FOTO

Cənub bölgəsinə güclü qar yağıb.

Bu barədə Trend-ə açıqlamasında Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

"Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməkliyi ilə problem aradan qaldırılıb. Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır".

S.Xankişiyeva

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər