Havanın temperaturu 14 dərəcəyə çatacaq, dağlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 14 dərəcəyə çatacaq, dağlarda qar yağacaq

13:14 - 12 / 02 / 2020
Havanın temperaturu 14 dərəcəyə çatacaq, dağlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 13-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  7-11, Bakıda  gecə 0-2,  gündüz  9-11 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 764 mm civə sütünuna yüksələcək, nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 13-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti,  dağlarda gecə 7-12, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1news.az

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər