Bakı şəhər İcra Hakimiyyəti mitinqlə bağlı qərarını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhər İcra Hakimiyyəti mitinqlə bağlı qərarını açıqladı

16:27 - 12 / 02 / 2020
Bakı şəhər İcra Hakimiyyəti mitinqlə bağlı qərarını açıqladı

Bakı şəhər İcra Hakimiyyəti Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

1news.az xəbər verir ki, İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri, Nəsimi rayonu, "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.

1news.az

Paylaş:
709

Son xəbərlər

Bütün xəbərlər