Azərbaycanlı Google-un reklamında – VİDEO
Google Rusiya “Google ilə daha yaxın ol” reklam kampaniyasına başlayıb. Kampaniyanın qəhrəmanı “Alleya” və “Kometa” meqa-hitlərinin ifaçısı Jony-dir (Cahid Hüseynli).
Reklam çarxında görünür ki, ana oğlunun geyindiyi futbolkada əksi olan məşhur müğənni Jony-ni Google axtarış sistemində axtarır. Daha sonra isə ifaçının mahnısını avtomobildə səsləndirir. Bununla da ana müğənninin fanatı olan oğlu ilə daha da yaxınlaşır.
“Tanınmışlar haqda istədiyin hər şey – ulduzlarla bağlı məlumatlar Google tətbiqində”, - videonun arxa kadrında səsləndirilir.
Məhz Jony-nin kampaniyanın əsas qəhrəmanlarından biri olması səbəbsiz deyil. 2019-cu ildə müğənni Vkontakte-nin versiyasına görə, “İlin irəliləyişi” adına layiq görülüb. “Alleya” sinqlı isə beşqat platin statusu alıb.
S.Xankişiyeva