Milli Məclisə yeni sədr seçiləcək | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisə yeni sədr seçiləcək

14:31 - 13 / 02 / 2020
Milli Məclisə yeni sədr seçiləcək

VI çağırış Milli Məclisin ilk iclasının gündəliyində müzakirə ediləcək məsələlər məlum olub.

“Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

Qeyd edək ki, VI çağırış Milli Məclisin ilk iclasının mart ayının əvvəlində keçiriləcəyi gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
978

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər