Fevralın 15-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 15-nə olan hava proqnozu açıqlanıb

13:21 - 14 / 02 / 2020
Fevralın 15-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz  7-10, Bakıda  gecə 2-4,  gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  776 mm civə sütunundan 771 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 15-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz  7-12 dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-4 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1news.az

Paylaş:
1375

Son xəbərlər

Bütün xəbərlər